Xəbər lenti

Naftalan Şəhər Statistika İdarəsinin məlumatı

Tarix: 20-06-2024 15:38     Baxış: 1 169

Naftalan şəhəri üzrə  2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətin həcmi.

Mubarizciler.az-a Naftalan Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən 2024-cü ilin yanvar-mart aylarında əhaliyə 5760,0 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ödənişli xidmətlər keçən ilin müvafiq dövrünə nisbətən 101,5 faiz olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətin 16,8 faizi və ya 968,0 min manatı dövlət, 83,2 faizi və ya 4792,0 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür.

2024-cü ilin yanvar-mart aylarında hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətin 3805,8 min manatı, yəni 76,7 faiz iri və orta müəssisələrin, 1157,6 min manatı, yəni 23,3 faiz kiçik müəssisələrin payına düşür. İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin 63,4 min manatı dövlət mülkiyyətinin, 3742,4 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Kiçik müəssisələr tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin 904,6 min manatı dövlət mülkiyyətinin, 253,0 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

Naftalan Şəhər Statistika İdarəsi



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar