Xəbər lenti

Gəncədə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq ümumşəhər tədbiri keçirilib - FOTO

Tarix: 20-01-2023 21:19     Baxış: 599


20 yanvar 2023-cü il tarixində Gəncə şəhərində 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Şəhidlər xiyabanında təşkil olunan anım mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının komandanı, general-leytenant  Ənvər Əfəndiyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, Niyazi Bayramov və general-leytenant Ənvər Əfəndiyev "Əbədi məşəl" abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.

Daha sonra 20 Yanvar faciəsinin 33-cü ildönümünü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar