Xəbər lenti
18-11-2024, 12:06
 

Borsunlu kənd Mədəniyyət Evində 20 Yanvar anım günü qeyd edildi - FOTO

Tarix: 20-01-2023 19:46     Baxış: 812

18.01.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Borsunlu kənd Mədəniyyət Evində 20 yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar “20 Yanvar Hüzn və milli qürur günümüzdür” adlı anım günü keçirdi.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Keçirilən tədbirdə Qırıxlı, Gülməmmədli, Həmənli, Qarasuçu, Qazançı, Şıxlar və Kələk kənd klublarının nümayəndələri iştrak etmişdir.

Tədbiri Borsunlu kənd Mədəniyyət Evinin direktoru Gülnar Abdullayeva açaraq tarixə qara hərflərlə yazılmış 20 yanvar faciəsi haqqında geniş məlumat verdi. O , öz çıxışında bildirdi ki, 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir.

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 

Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 

Bu il xalqımız 20 Yanvar hadisələ¬rinin 33-cü  ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır deyə Gülnar Abdullayeva bildirmişdir.

Daha sonra natiqlər  çıxış edərək bildirdilər ki,1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.  Allah bütün Şəhidlərə rəhmət etsin!

Daha sonra tədbir iştirakçılarına Gülnar Abdullayeva  20 yanvar hadisələrini özündə əks etdirən şəkillərdən ibarət sərgi və 20 yanvar faciəsini əks etdirən fotolardan ibarət stend barəsində ətraflı məlumat verdi.

Elçin Tağıyev

Mubarizciler.az




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar