Xəbər lenti

Rusiyaya xəbərdarlıq - “Müharibə genişlənsə, Peterburq və Moskva...”

Tarix: 26-01-2023 01:03     Baxış: 906



“Ukrayna işğalçı ölkənin ərazisinə zərbə endirmir. Amma eskalasiya genişlənsə, bu, Rusiyanın Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərinin sakinlərinin əziyyət çəkməsinə səbəb ola bilər”.

Bunu Ukrayna prezident aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

“Rəsmən təsdiq edirəm ki, Rusiyada müharibənin daxili eskalasiyası qaçılmazdır. Və müxtəlif hədəflərə müxtəlif zərbələr endiriləcək. Niyə, kim tərəfindən – bu, başqa sualdır. Bunu bu gün bunu müzakirə edə bilmərik”, - Ukrayna rəsmisi bildirib.

Eyni zamanda Podolyak xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya hücum etmir, amma ruslar böyük şəhərlərdə müharibəni hiss edə bilirlər:

“Rusiya daxilində müharibənin qızışması qaçılmaz olacaq. Onların arasında Moskva, Peterbuq, Yekaterinbuq və s. kimi şəhərlər də var”.

Eyni zamanda Ukrayna rəsmisi Rusiyada gözlənilən eskalasiyanın bu ölkənin daxili problemi olduğunu və bunun Kreml rəhbərliyinin infantilizmi ucbatından yaranacağını vurğulayıb.   /teleqraf.com/



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar