Xəbər lenti
Bu gün, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 
14-08-2026, 12:31
 

Fevralda Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ!

Tarix: 25-01-2023 15:51     Baxış: 1 210



Yanvarın 26-da, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinin fevral ayına olan biletləri satışa çıxarılacaq.

 

Mubarizciler.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

 

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları ötən il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 506 reys həyata keçirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar