Mahiyəddin Mazanov: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır
Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu
Ənənəvi Davos İqtisadi Forumu 50 ildən çoxdur keçirilir. Foruma dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Builki Davos İqtisadi Forumunda müzakirələr postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi siyasəti barədə bütün həqiqətləri bu forumda iştirak edən nüfuzlu şəxslərə çatdırır.
Cənab Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində qlobal enerji böhranı ilə bağlı suala cavabında bildirib.
"Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz iki il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq", - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını - Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir.
Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlar, əldə etdiyi iqtisadi inkişaf və tərəqqi məhz ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində nail olunub. Ən başlıcası isə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanin sərkərdəliyi ilə qazanılan şanlı Qələbə ölkəmizin nüfuzunu xeyli artırıb.
İstər ölkə vətəhdaşları, istərsə də ölkəmizdən xaricdə yaşayanlar, aparıcı dünya ölkələrinin rəhbərləri bilirlər ki, Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Bu da Prezidentimizin və ölkəmizin nüfuzunu yüksəldib. Prezident İlham Əliyev açıq siyasət yürüdür, hər zaman planlarla bağlı insanlarla məsləhətləşir və açıq kommunikasiya kanalı yaradır. Hər il Prezidentin regionlara təxminən 30-40 səfəri təşkil olunur. Səfərlər çərçivəsində insanları narahat edən problemlər öyrənilir və onların həlli yolları araşdırılır. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb. Bu da Prezident İlham Əliyev siyasətinin əsasını təşkil edir.
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.
Davos Forumunu da Azərbaycan üçün uğurlu sayılmalıdır. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.
Mahiyəddin Mazanov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş