"Qarabağnamə İntellektual Oyunlar Kuboku" layihəsi uğurla başa çatdı
"Qarabağnamə İntellektual Oyunlar Kuboku" layihəsi uğurla başa çatdı. Goranboy rayonunda baş tutan layihə 3 gün davam etdi.
Mubarizciler.az xəbər verir ki, Layihəyə Azərbaycan Gənclər Fondunun elan etdiyi "İdeyanı reallaşdır 2022" fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi Göygöl rayon M.Qəhrəmanov adına Göyçəkənd kənd tam orta məktəbinin gənc coğrafiya müəllimi Anar Əliyev rəhbərlik etdi.
Layihə çərçivəsində baş tutan ilk oyun günündə komandalar "Nə? Harada? Nə zaman?" oyunu üzrə mübarizə apardılar, ilk 3 yeri isə aşağıdakı komandalar qazanmış oldu:
1-ci yer: "Apokalipsis" (Qızılhacılı qəs. 2) - 30 xal
2-ci yer: "Xarıbülbül" (Borsunlu k.) - 29 xal
3-cü yer: "Zəngəzur" (Fəxralı k.) - 27 xal
2-ci gün komandalar "Breyn Rinq" intellektual oyunu üzrə mübarizə apardılar və yalnız aşağıdakı komandalar öz adlarını mükafatçılar sırasına yazdıra bildilər :
1-ci yer: "Qladiator" (Yeniyol k.)
2-ci yer: "Qayıdış" (Kəhrizli k.)
3-cü yer: "Edelveys" (Tatarlı k.)
Layihənin son günündə isə iştirakçılar "Xəmsə" MİO üzrə mübarizə apardılar ki, bununla da son mükafatın sahibi də bəlli oldu :
1-ci yer: "Xəmsə" (Yığma)
2-ci yer: "Qayıdış" (Kəhrizli k.)
3-cü yer: "Xarıbülbül" (Borsunlu k.)
Layihə Azərbaycan Gənclər Fondunun maliyyə, Goranboy Rayon Gənclər və İdman idarəsinin, Goranboy-Naftalan Təhsil Sektorunun, Goranboy Rayon Gənclərin İnkişaf və Karyera mərkəzinin texniki və təşkilati dəstəyi ilə həyata keçirildi.
Goranboy-Naftalan təhsil sektoruna daxil olan məktəblər arasında keçirilən layihəd çərçivəsində ümumilikdə 20 komanda və 100-dən çox məktəbli iştirak etdi. 3 gün davam edən layihə boyunca ümumilikdə 600-ə yaxın sual səsləndi. Yekunda qaliblər kubok, medal və diplomarla təltif edilmişlər.
Qalib gələn hər bir şagirdi təbrik edirik !
Xəbəri paylaş