Xəbər lenti
8-05-2026, 14:49
 

Gəncədə "Özel eğitim uykulamaları" adlı 3 günlük təlim həyata keçirilib - FOTO

Tarix: 23-01-2023 12:41     Baxış: 1 137


Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin "Dünəni dəyişə bilməsək də, sabahı qazanmaq öz əlimizdədir" adlı layihəsi çərçivəsində nəzərdə tutulan "Özel eğitim uykulamaları" adlı 3 günlük təlim həyata keçirilib.

Təlim üçün İstanbul İl Milli Eğitim Müdürlüğdən uzman Seda Karakaşoğlu dəvət olunub.

Qeyd edək ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud şagirdlər üçün əyani vəsaitlərdən istifadə etməklə daha səmərəli dərs mühitinin yaradılmasıdır.

Layihə müddətində 4 ay ərzində  Gəncə şəhəri  45 saylı xüsusi məktəbdə 20 müəllim üçün əyani vəsaitlərdən istifadə edərək bacarıqlarının təmin edilməsini və artırılmasını, müəllimlərin əyani vəsaitlərdən düzgün istifadəsini təmin etmək üçün müəllimlərə təlimlər keçirilməsi,  20 müəllim tərəfindən, əldə edilmiş vəsaitlərdən istifadə edərək 5 açıq dərsin təşkil olunmasını tətbiq etmək kimi hədəflər qarşıya qoyulub və icra edilib.

Mubarizciler.az




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar