Xəbər lenti
8-05-2026, 14:49
 

Azərbaycan boksçuları Millətlər kubokunda 11 medal qazanıblar - FOTO

Tarix: 23-01-2023 11:30     Baxış: 1 705


Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kubokuna yekun vurulub.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.


Bildirilib ki, yarışın sonuncu – altıncı günündə Azərbaycan millisi aktivinə 3 gümüş medal əlavə edib.

Gənc boksçular arasında Lalə Mədətova (48 kq) və Aynur Mikayılova (52 kq), böyüklərdə Şəhla Allahverdiyeva (66 kq) turniri ikinci pillədə bitiriblər.

Beləliklə, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər kubokuna 12 boksçu ilə yollanan yığmamız 11 – 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub. İlin ilk beynəlxalq yarışında Mədətova, Mikayılova və Allahverdiyevadan öncə yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq), gənclərdə Emili Rzayeva (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) isə bürünc medala yiyələniblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar