Xəbər lenti
Bu gün, 13:31
 
17-07-2026, 15:12
 
13-07-2026, 10:33
 

22 iyul – Milli Mətbuat Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev media nümayəndələri ilə görüşüb - Fotolar

Tarix: 21-07-2026 16:11     Baxış: 658

22 iyul – Milli Mətbuat Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bölgədə fəaliyyət göstərən jurnalistlərlə görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, İcra başçısı media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək onlara məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan milli mətbuatının yaranma tarixi, cəmiyyətin məlumatlandırılmasında medianın rolu, həmçinin dövlət qurumları ilə media arasında formalaşmış səmərəli əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb. Rəşad Tağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan milli mətbuatının inkişafına hər zaman xüsusi diqqət yetirib, söz və məlumat azadlığının təmin olunması, müstəqil mətbuatın formalaşması istiqamətində mühüm qərarlar qəbul edib. 

İcra başçısı qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən ardıcıl islahatlar, peşəkar jurnalistikanın dəstəklənməsi və dövlət-media münasibətlərinin daha da möhkəmləndirilməsi ölkədə sağlam informasiya mühitinin inkişafına mühüm töhfə verir. Rəşad Tağıyev son illər Şəmkir rayonunda sosial-iqtisadi inkişaf, infrastrukturun yenilənməsi, abadlıq-quruculuq işləri və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirilən layihələr, eləcə də qarşıda duran hədəflər barədə jurnalistlərə ətraflı məlumat verib. O, media nümayəndələrini maraqlandıran sualları cavablandıraraq mətbuatla qarşılıqlı etimada əsaslanan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Sonda Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalist Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar