Xəbər lenti
25-07-2026, 19:27
 

İki il əvvəl itkin düşmüş daha bir hərbçimiz dəfn olundu - Fotolar

Tarix: 08-08-2024 14:08     Baxış: 1 463

2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Məmmədov Fərid Əjdər oğlunun nəşi Ağdam rayonunda dəfn olunub.

Mubarizciler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Vida mərasimindən sonra Fərid Məmmədovun nəşi Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Xatırladaq ki, iki ildən sonra qalıqları tapılan hərbçilərimizin donvurmadan ölməsi rəsmi təsdiqini tapıb













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar