Xəbər lenti

Bu gün Azərbaycanda nadir autosom ressesiv verən kistoz fibroz günüdür 0

Tarix: 12-03-2023 14:39     Baxış: 1 530


Bu gün Azərbaycanda kistoz fibroz günüdür.

MUBARİZCİLER.AX xəbər verir ki, kistoz fibroz nadir autosom ressesiv verən genetik xəstəlikdir.

Daxili sekresiya ifraz edən orqanlar - ağciyər tənəffüs sistemi, həzm sistemi orqanları, tər vəziləri, cinsiyyət üzvlərini zədələyən, zamanla fəaliyyətdən geri qoyan, erkən diaqnoz alınmayıb təcili nəzarətə alınmazsa ölümə aparan ağır xəstəlikdir .

Azərbaycanda son illərdə tanınmağa başlayıb, bu səbəblərdən xəstələrin statistik sayı məlum deyil .

Dünya üzrə xəstəliyə rast gəlinmə tezliyi - Türkiyədə 1:10000, Rusiyada 1:4900, Ukraynada 1:3300, İngiltərədə 1:2400, ABŞ-də 1:3500, İrlandiyada 1:1400.

Ölkəmizdə hər il təxmini 160 000 - 170 000 uşaq doğulur, ən aşağı sayla müqayisə edilərsə 1: 10 000 rast gəlinmə tezliyi ildə 16-17 Kistoz Fibrozlu uşaq deməkdir, orta sayla müqayisə edilsə 1:3500 nəzərən ildə 45 - 48 Kistoz fibrozlu xəstə deməkdir .

DİAQNOSTİKASI:
- Neonatal skrininq ( daban qanı testi )
- Tər testi ( tərdə xlor ionlarının miqdarı hesablanır, yüksək göstərici Kistoz fibroza şübhədir,ən az iki dəfə təkrar olunmalıdır)
- Genetik test ( ən doğru məlumat dəqiq diaqnoz).

Kistoz Fibrozun diaqnozu bu kriteriyalara əsasən dəqiqləşdirilərək xəstə təcili nəzarətə alınmalı və uyğun müalicə tətbiq edilməlidir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar