Xəbər lenti
2-09-2026, 15:00
 

Anar Məmmədov Tərtərdə vətəndaşların müraciətləri dinlənildi - Fotolar

Tarix: 19-02-2025 11:51     Baxış: 1 456

YAP-çı deputat Anar Məmmədov Tərtər rayonu Sarıcalı kəndində seçiciləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə növbəti səyyar qəbul-görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.

Səyyar qəbulda vətəndaşların sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müraciət olunacağı bildirilib.

Qeyd edək ki, millət vəkili Anar Məmmədov davamlı olaraq vətəndaşlarla görüşlər keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görür.

Sonda qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, həyata keçirilən müxtəlif sosial layihələrə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar