Vətən müharibəsi Qazisi dünyasını dəyişdi - FOTO 0

Mayın 18-i saat 20 radələrində Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində 1954-cü il təvəllüdlü, Neftçala şəhər sakini Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi “İj-Yupiter 5” markalı motosikletlə 1995-ci il təvəllüdlü, rayonun Bankə qəsəbə sakini, Vətən Müharibəsi qazisi Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi “SKYGO” markalı moped toqquşub.
Mubarizciler.az Qafqazinfoya istinadən xəbər verir ki, nəticədə hər iki sürücü “qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcədə əzilməsi” diaqnozu ilə Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Mayın 27-si saat 13 radələrində Əli Məmmədov aldığı bədən xəsarətləri nəticəsində adı çəkilən xəstəxanada ölüb.
Faktla bağlı Neftçala rayon polis şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbəri paylaş

| « Noyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | ||||||







































0772703001 