Xəbər lenti

Prezident İlham Əliyev müvafiq FƏRMAN imzaladı 0

Tarix: 09-03-2023 16:36     Baxış: 1 329

Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır.

MUBARİZCİLER.AZ  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyi öz tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi yaratmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Müəyyən edilib ki, qurumun “Publik hüquqi şəxslər haqqında” Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini nazirlik həyata keçirir.

Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nazirlik üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.

Nazirlik qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etməlidir.

Qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar