Xəbər lenti

Səmədabad kənd Tam Orta Məktəbinin qonağı olduq - FOTO 0

Tarix: 09-03-2023 00:21     Baxış: 2 474

Təhsilimizin keşiyində duran rəhbərlərə minnətdarıq.

23.12.2021ci il tarixində yolumuz Goranboy rayonunun Səmədabad kəndinə düşdü.

Səmədabad kənd Tam Orta Məktəbinin qonağı olduq.

2011-ci  ildə müasir standartlara uyğun şəkildə tikilib istifadəyə verilən Orta Məktəb haqqında məktəbin direktoru Ələşrəf Vahid oğlu Bağırov geniş məlumat verdi.

1948-ci ildən İbtidai Məktəb olan Səmədabad kəndində hazırda

1-korpuslu,2 mərtəbəli, 11 sinif otağı 220-yerlik olan Tam Orta Məktəbd müasir standartlara uyğundur.

 Məktəbin giriş foyesi Ulu Öndər Heydər Əliyevin ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Təhsilinə daim diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın   qayğıları ilə əhatə olunmuş foto-sərgi ilə əhatə olunmuşdur. 

Bununla yanaşı torpaqlarımızın suverenliyi uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızında xatirəsi əbədiləşdirilərək xatirə guşəsi yaradılmışdır. 

Bütün sinif otaqlarına Şəhidlərimizin adı verilərək onların keçdiyi şərəfli döyüş yolu haqqında məlumatlar dərc edilmişdir.

Məktəbdə pandemiya qaydalarına ciddi əməl olunur və lazımı olan ləvazimatlar RTŞ-i tərəfindən göndərilərək daim diqqətdə saxlanılır. 

Məktəbdə kitabxana filialı fəaliyyət göstərir.

Məktəbin direktoru Ələşrəf Bağırov pedaqoji kollektiv və kənd sakinləri adından onlar üçün yaradılmış şəraitə görə,müasir tipli Təhsil Ocağının tikilib istifadəyə verildiyi üçün ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını ifadə etdi.

Məktəbin direktoru Ə.Bağırov təhsilimizin yeni uğurlarından danışdı. 

Bu təhsil ocağında dərs alan şagirdlərimizə daim diqqət və qayğı göstərildiyi diqqətimizə çatdırıldı.

2020-21 ci tədris ilində Məktəbi bitirən məzunlardan 5-i ali məktəbə qəbul olub ki, onlardan biri 517-bal toplayan Gülnar Əliyeva olmuşdur.

Səmədabad kənd Tam Orta Məktəbində İcma Əsaslı Məktəbə qədər Təhsil mərkəzi hazırliq qrupu fəaliyyət göstərir.

Məktəb rəhbərliyinin təşkilatçılığı ilə şagirdlər pedaqoji kollektivlə birlikdə Vətən Müharibəsi Şəhid ailələri,Qazilərinin ailələri ziyarət olunur və görüşlər keçirdilir.

Səmədabad kənd Tam Orta Məktəbinin  kollektivinə tərəfimizdən 8 Noyabr Zəfər Günü "Xarı Bülbül"ün tablosu təqdim olundu.

Bütün pedaqoji kollektivə çətin və şərəfli işlərində uğurlar dilədik.


        Elçin Tağıyev;

İctimai-fəal,Prezidentə-dəstək,TV21.azın Baş Redaktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar