Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Oğlum Vətən müharibəsində əmisinin qisasını alıb - Şəhid Atası 0

Tarix: 07-03-2023 01:38     Baxış: 1 226

"Oğlum Vətən müharibəsində əmisinin qisasını alıb”.

 

MUBARİZCİLER.AZ  xəbər verir ki, bunu erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Eşqin Hüseynovun atası Cəmil Hüseynov deyib.

Keçmiş döyüşçü olduğunu söyləyən C.Hüseynov övladı ilə fəxr etdiyini bildirib.

“Mən keçmiş döyüşçüyəm. İki övladım hərbçi idi. Eşqin Qarabağda xidmət edirdi, digər oğlum Naxçıvan xüsusi təyinatlılarında xidmət edir. Oğlum 44 günlük Vətən müharibəsində iştirak edib. Əsgərlikdən sonra orduda qalmağı seçdi. Amma erməni gülləsinə tuş gəldi. Uşaqlıqdan onların bir arzusu var idi ki, torpaqlarımızı azad edib, əmilərinin qisasını alsınlar. Deyirdi ki, biz anamız-bacımız üçün, onları qorumaq üçün vuruşuruq. Qardaşım Birinci Qarabağ müharibəsində şəhid olmuşdu, 44 günlük döyüşdə əmilərinin qisasını aldılar”, - deyə şəhid atası vurğulayıb.

 

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Eşqin Hüseynov Tovuz rayonunun Hunanlar kəndində dəfn olunub.

O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Şuşada xidmət edirdi. Şəhid Eşqin Hüseynov subay olub, bir qardaş və bir bacısı var.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar