Xəbər lenti

Bu gün Yel çərşənbəsidir 0

Tarix: 07-03-2023 00:23     Baxış: 1 506

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.


MUBARİZCİLER.AZ  bildirir ki, xalq təqvimi ilə Yel çərşənbəsi Novruz bayramının yaxınlaşmasından xəbər verən 3-cü çərşənbədir.

İnanclara əsasən Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir. Ona xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" də deyilir.

Xalq inanclarına görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına niyyət edib, Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.

Yel çərşənbəsi günü həm də tonqallar qalanmalıdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar