Xəbər lenti

Həşimov Rüfət Rahib oğlu dəfn olunub - FOTO 0

Tarix: 05-03-2023 16:18     Baxış: 2 289

Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu dəfn olunub.

Mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, martın 4-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Cinayətkar görülən tədbirlərlə zərərsizləşdirilib.

Xatırladaq ki, insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

 

Mərhum Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi iştirakçısı olub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar