Xəbər lenti
Bu gün, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 
14-08-2026, 12:31
 

Nazirlər ağac əkdilər - FOTO 0

Tarix: 04-03-2023 15:58     Baxış: 1 357

Martın 3-də Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyasına start verilib. 

Bu haqda MUBARİZCİLER.AZ-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

İlkin olaraq Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəbdə ağacəkmə mərasimi keçirilib. 

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər. 

Kampaniya çərçivəsində qeyd edilən ümumi təhsil müəssisəsinin həyətində 100 ağac əkilib. 

Qeyd edək ki, sözügedən kampaniyanın Bakı şəhəri ilə yanaşı, digər bölgələrdə yerləşən təhsil müəssisələrini də əhatə etməsi planlaşdırılır. Kampaniya çərçivəsində ölkə üzrə ümumilikdə 100 min ağacın əkilməsi nəzərdə tutulur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar