Xəbər lenti
18-11-2024, 12:06
 

Ərdoğan: Qədim şəhərlərimizi dirçəltməyi hədəfləyirik 0

Tarix: 03-03-2023 16:58     Baxış: 1 259

"Zərərin qiymətləndirilməsi işləri başa çatdıqdan sonra şəhərlərimizdə tikiləcək yeni evlərin və kənd evlərinin sayı bəlli olacaq".

 

MUBARİZCİLER.AZ  "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Hələlik 214 dağıdılmış və ağır zədələnmiş bina müəyyən etmişik. Təhlükəsizlik bizim prioritetimiz olacaq. Binalar 4 mərtəbədən artıq olmayacaq. Tarixi və mədəni sərvətlərimizi yaşadacaq, eyni zamanda fəlakətlərə qarşı gücləndirəcəyik", - Ərdoğan söyləyib.

 

"Qədim şəhərlərimizi dirçəltməyi hədəfləyirik", - deyə o əlavə edib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada 5.6 ballıq daha bir zəlzələ baş verib. Dünən isə Kahramanmaraşda 5 baldan yuxarı növbəti yeraltı təkan olub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar