Xəbər lenti
25-07-2026, 19:27
 

“Tərtər işi” üzrə daha bir hərbçiyə cinayət işi açıldı 0

Tarix: 02-03-2023 14:56     Baxış: 1 503

“Tərtər işi” ilə bağlı daha 5 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

MUBARİZCİLER.A, APA-ya istinadən xəbər verir ki, həmin şəxslər general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovdur.

 

İttiham olunan Rəşidov Ülvi Nazim oğlu mayordur. O, 2-ci Ordu Korpusunda çalışıb. Ülvi Rəşidovun cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəllər məlumat yayılmayıb.

 

Xəbərə görə, onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

 

Təqsiləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar