Xəbər lenti
17-04-2024, 11:13
 

Gəncə şəhər prokurorluğunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib 0

Tarix: 01-03-2023 21:39     Baxış: 821

Gəncə şəhər prokurorluğunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Fevralın 28-də Gəncə şəhər prokurorluğunda Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gəncədə dövlətçiliyin bərpası və Heydər Əliyev” mövzusunda geniş konfrans keçirilmişdir.

MUBARİZCİLER.AZ xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Konfransda Gəncə şəhər, Gəncə və Kəlbəcər hərbi, Daşkəsən, Goranboy, Göygöl, Kəlbəcər və Samux rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə orqanları, icra və təhsil müəssisələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. 

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Gəncə şəhər prokuroru Azad Qarayev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət və Gəncə şəhərində dövlətçiliyin bərpasında Ulu öndər Heydər Əliyevin rolu barədə çıxış etmişdir.

Daha sonra konfrans iştirakçıları hər biri ayrı-ayrılıqda Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, məhkəmə-hüquq islahatları, Ulu Öndərin respublikamıza, xüsusilə Gəncə şəhərinə diqqət və qayğısı barədə çıxışları dinlənilmişdir. 

Konfransda Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən daxili və xarici siyasət nəticəsində ərazi bütövlüyünün bərpa olunması, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, əhalinin sosial rifahının yüksəldilməsi xüsusi vurğulanmaqla, bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı səhifələrin yazılacağı, daha yüksək zirvələr fəth ediləcəyi qeyd edilmişdir. 

Konfransın yekununda Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinə səfərlərini və bunun nəticəsində şəhərin inkişafını əks etdirən hazırlanmış videoçarx nümayiş etdirilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar