Xəbər lenti

Koronavirusun ilk dəfə necə yayıldığı məlum oldu 0

Tarix: 01-03-2023 10:30     Baxış: 1 529

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) koronavirus pandemiyasının yayılmasının ən çox ehtimal olunan səbəbinin Vuhandakı Çin hakimiyyətinin nəzarətində olan laboratoriyadan sızma olduğunu hesab edir.

MUBARİZCİLER.AZ  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə FTB-nin direktoru Kristofer Rey bildirib.

"Pandemiyanın mənbəyi çox güman ki, Vuhandakı laboratoriya insidentidir. Çin hökuməti pandemiyanın səbəbləri ilə bağlı təhqiqata mane olmaq və çaşqınlıq yaratmağa çalışmaq üçün əlindən gələni edir", - deyə o söyləyib.

Qeyd edək ki, fevralın 15-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyi ilə bağlı araşdırmanı "məlumat toplama problemləri" səbəbindən dayandırıb. Təşkilatın məlumatına görə, Çin hakimiyyətinin ÜST ilə əməkdaşlığı dayandırması səbəbindən araşdırmanın ikinci mərhələsinin qarşısı alınıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar