Xəbər lenti
28-11-2025, 18:54
 

DİN antiterror şəhidlərinin xatirəsinə həsr olunan çempionat keçirdi Fotolar + Video

Tarix: 30-11-2025 12:24     Baxış: 861

Antiterror tədbirləri zamanı şəhid olan polis və daxili qoşunların əməkdaşlarının əziz xatirəsinə həsr olunan idmanın cüdo növü üzrə Daxili İşlər Nazirliyinin (DİN) açıq çempionatı keçirilib.

Mubarizciler.az xəbər verir ki, DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayının (ƏÇPA) təşkilatçılığı ilə keçirilən turnirdə polis əməkdaşları ilə yanaşı, digər dövlət orqanlarının xüsusi rütbəli əməkdaşları da güclərini sınayıblar.

Yarışı izləyənlər arasında şəhidlərin ailə üzvləri, onların valideynləri, övladları, Nazirliyin və digər dövlət qurumlarının yüksək rütbəli əməkdaşları, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və digər qonaqlar da olublar. Yarışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Şəhid ailələrinin nümayəndələri Vətən uğrunda canlarını fəda etmiş oğullarının əziz xatirələrinin həmişə uca tutulduğunu və onların daim ölkə rəhbərliyinin xüsusi qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.

Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər. DİN-in cüdo komandası çempionatın yekununda qalib gəldiyi üçün xüsusi kubokla təltif edilib.











Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar