Xəbər lenti

Əli Kərimli DTX-də dindirilir - Evində Ramiz Mehdiyevin məktubu tapıldı

Tarix: 30-11-2025 11:50     Baxış: 1 029

Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb.

Mubarizciler.az xəbər verir ki, Əli Kərimli və Məmməd İbrahimin barələrində aparılan araşdırma çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirildikləri məlum olub.

Əli Kərimlinin evindəki axtarış Ramiz Mehdiyev barəsində aparılan cinayət işi üzrə həyata keçirilib.

Axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. 

Dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb.

Hazırda həmin iş üzrə hərtərəfli istintaq hərəkətləri aparılır.

(Qafqazinfo)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar