Müəllimlər bu gün cəmiyyətimizin ən nüfuzlu şəxslərindən hesab olunurlar 0
Müəllimlər bu gün cəmiyyətimizin ən nüfuzlu şəxslərindən hesab olunurlar. Onlar xalqın sevimlisi, böyük hörmət və ehtiram sahibləridir. Müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək. Ən çətin, ən şərəfli peşə sahibləri vətəndaş yetişdirmək işində öz xidmətlərini əsirgəməyəcəklər.
Həyatının mənasını həmişə çalışmaqda, dürüst olmaqda, gözəl əxlaq və tərbiyədə görmüş müəllim
Əsədova Rahilə Məhərrəm qızı 1961 -ci il 6 may Goranboy rayon Xanqərvənd kəndində anadan olmuş ,
Orta məktəbi əla qiymətlərlə bitirib, 1978-ci ildə Gəncə Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur.
Təhsil illərində ictimai işlərdə fəal iştirak etmiş
1982-ci ildə təhsilimi başa vurub, təyinatla Ağsu rayonun Padar kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır .3 il təyinat müddətini bitirdikdən sonra Goranboy rayonunda fəaliyyət göstərən "Mübariz" qəzetinin redaksiyasında çalışmış. Bir çox məqalələrin müəllifi olmuşdur.
1987-ci ildə Goranboy rayon İnternat məktəbində müəllimlik fəaliyyətinə başlamış , 1989-cu ildən bu günə qədər Goranboy şəhər 2 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq pedaqoji fəaliyyətini davam etdirir.
Çalışdığı müddətdə şagirdlərdə vətənpərvərlik, doğma yurda məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini aşılamışdır.
Təhsil verdiyi şagirdlər Fənn Olimpiadalarında uğur qazanmış, yüksək bal toplayaraq müxtəlif ali məktəblərə daxil olmuşlar.
Məktəb və rayon tədbirlərində yüksək səviyyədə iştirak etmişdir.
Goranboy Rayon İcra Hakimiyyəti və Təhsil Sektorunun fəxri fərmanları ilə təltif edilmişdir .
Müəllim şərəfini həmişə uca tutmuş və peşəsi ilə fəxr etmişdir .
Rahilə müəlliməyə gələcək işlərində uğurlar arzulayırıq.
Xəbəri paylaş