Xəbər lenti
25-07-2026, 19:27
 

Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlər keçirilib - FOTO 0

Tarix: 27-02-2023 17:26     Baxış: 1 592



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabiti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, onlarla maarifləndirici söhbətlər aparılıb və hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Böyük ruh yüksəkliyi ilə xidmətini davam etdirən hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar