Xəbər lenti

Gəncədə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” adlı forum keçirilib Fotolar

Tarix: 22-10-2025 17:07     Baxış: 931

Gəncə şəhərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası nın təşkilatçılığı ilə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” adlı forum təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Forumdan əvvəl Gəncə Memorial Kompleksində abidə önünə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə təhsilin inkişafında gənc müəllimlərin rolu, suverenlik və milli dəyərlərə əsaslanan təhsil modelinin gücləndirilməsi mövzuları müzakirə olunub. Forumda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Pərvin Kərimzadə və Naqif Həmzəyev, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov və gənc müəllimlər iştirak ediblər. Çıxışlar zamanı ölkəmizdə müəllim nüfuzunun yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı və gənc nəslin milli-mənəvi dəyərlərlə yetişdirilməsində müəllimlərin missiyası vurğulanıb.Tədbir panel müzakirələri və fikir mübadiləsi ilə davam edib. Qeyd edək ki, forum gənc müəllimlərin motivasiyasını artırmaq və onları təhsil islahatlarında daha fəal iştirakçıya çevirmək məqsədi daşıyır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar