Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Polis Hacıqabulda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirib

Tarix: 22-10-2025 16:40     Baxış: 1 057

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Navahi qəsəbə 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb. O qeyd edib ki, bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülür və bu cinayət əməli ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunurlar. Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar