Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Ağstafada şəhidlər anıldı Fotolar

Tarix: 21-10-2025 20:06     Baxış: 1 876

Respublikamızın hər yerində olduğu kimi, müqəddəs amal uğrunda, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərqərar olması naminə şəhadətə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi Ağstafada da böyük hörmət və dərin ehtiramla yad olunur.

Mubarizciler.az xəbər verir ki, Ağstafa RİH başçısı Seymur Orucovun, şəhidlərimizin doğmalarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhər, qəsəbə və kəndlərdə şəhidlərimizin məzarlarının ziyarətləri davam etdirilir.

O cümlədən Ağstafanın Böyük Kəsik kəndindən olan Vətən müharibəsi qəhrəmanımız Azər Yusiflinin şəhadətə ucalmasının beşinci ildönümündə Ağstafa RİH başçısı Seymur Orucov, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Misir Əliyev, şəhidin atası Nazim Yusifov və doğmaları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə məzarı ziyarət olunub, ata yurdunda anım mərasimi təşkil olunub.

Anım günündə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının şəhid baş gizirinin keçdiyi şərəfli döyüş və ömür yollarından, eyni zamanda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan bəhs olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!


















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar