Xəbər lenti

Tərtərdə “XIX Əsr İrəvan mətbəxi” kitabının təqdimatı oldu Fotolar

Tarix: 21-10-2025 16:55     Baxış: 658

Beynəlxalq Kulinariya Günündə Tərtərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan Mətbəxi” qrant layihəsi ilə Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən ərsəyə gətirilən “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı olub.

Mubarizciler.az xəbər verir ki, təqdimat mərasimində alim və mütəxəsislər, ictimai xadimlər, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının sədri və üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ziyalıları, Qarabağ Regional Məşğulluq Mərkəzinin aşpazlıq kurslarının müdavimləri, Tərtər və Bərdə peşə məktəblərinin müəllim və şagirdləri - ümumilikdə 240 nəfər iştirak edib.

Tədbir iştirakçılarını mərkəzi meydanda rayonun Soyulan kənd klubunun “Yallı” rəqs qrupu qarşılayıb.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra təqdimat mərasimi rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Mədəniyyət Mərkəzinin foyesində aşıq Arif tədbir iştirakçılarını sazla-sözlə salamlayıb.

Tərtər rayonu ərazisində məskunlaşmış Qərbi Azərbaycan əhalisinin ahıllarından toplanmış mətbəx nümunələrinin etno-kulinar sərgisi qonaqlarda böyük marağa səbəb olub.

Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban etmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca dövlət himni səsləndirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını salamlayaraq qonaqlara “xoş gəlmisiniz”, - deyib. Qeyd edib ki, Qərbi Azərbaycan mətbəxi əsrlər boyu formalaşan, nəsildən-nəslə ötürülən zəngin irsdir. Bu yeməklər təkcə süfrəmizdə yer alan təamlar deyil, həm də yaddaşımızda yaşayan tarixdir.

Sonda kitabların imzalanma mərasimi keçirilib.

Rəsmiyyə Allahverdiyevanın sədrliyi ilə peşəkar münsif heyətinin qərarı əsasında bir qrup sərgi iştirakçısı sertifikatlarla mükafatlandırılıb.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar