Xəbər lenti

Biləsuvarda polisin təşəbbüsü ilə ümumtəhsil müəssisələrinin direktorları və pedaqoji kollektivi ilə görüş keçirilib Fotolar

Tarix: 21-10-2025 14:55     Baxış: 987

Biləsuvarda Rayon Polis Şöbəsinin təşəbbüsü ilə ümumtəhsil müəssisələrinin direktorları və pedaqoji kollektivi ilə görüş keçirilib.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən görüş zamanı yetkinlik yaşına çatmayanlarla işin təşkili, onların hüquq və vəzifələri, ümumtəhsil müəssisələrində şagirdlərin davranış və intizam qaydaları, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq saxlanılması mövzularında müzakirələr aparılıb. 

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov, təhsil sektorunun müdiri Anar Xammədov çıxış edərək ailə-məktəb-polis əməkdaşlığının əhəmiyyətini vurğulayıb, məktəb ərazilərinə kəsici-deşici alətlərin, qanunla qadağan edilmiş digər əşyaların gətirilməsinin qarşısının alınması, yeniyetmələrin hüquqazidd davranışlardan çəkindirilməsi, bu istiqamətdə polis əməkdaşları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və digər məsələlərlə bağlı həyata keçirilən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Tədbirdə narkomaniyaya qarşı mübarizə, erkən nikah hallarının qarşısının alınması, eləcə də şagirdlərin internet resurslarından, xüsusilə sosial şəbəkələrdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, təklif və tövsiyələr dinlənilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar