Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Daşkəsən rayonunda ümumi təhsil müəssisələrinə baxış keçirilib Fotolar

Tarix: 21-10-2025 10:42     Baxış: 1 708

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Daşkəsən rayonunda fəaliyyət göstərən bir neçə ümumi təhsil müəssisələrində olub, mövcud vəziyyətlə yerində tanış olublar.

Mubarizciler.az xəbər verir ki, əvvəlcə Bayan kənd M.Mustafayev adına tam orta məktəbdə həyata keçirilmiş cari təmir işlərinə baxış keçirilib. 11 sinif komplekti üzrə 120 nəfər şagirdin təhsil aldığı məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza və tədris mühiti qiymətləndirilib. Məktəb kollektivi ilə keçirilən görüşdə tədrisin təşkili, şagirdlərin dərsə davamiyyəti, müəllimlərin peşəkarlıq səviyyəsi və məktəbdə aparılan əlavə inkişaf tədbirləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra Ş.Cavad adına Təzəkənd kənd tam orta məktəbində olan rəsmilər orada da həyata keçirilmiş cari təmir işləri ilə yerində tanış olublar. Məktəbin rəhbərliyi tərəfindən təqdim edilən məlumat əsasında təhsil müəssisəsində görülən işlərin əhatə dairəsi və nəticələri barədə ətraflı məlumat verilib. Görüşlər zamanı təhsil müəssisələrində infrastrukturun yenilənməsi, tədrisin keyfiyyətinin artırılması, müəllim və şagirdlərin ehtiyaclarının vaxtında təmin olunması istiqamətində görülən işlərin davam etdiriləcəyi vurğulanıb.Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır, infrastruktur və tədris mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məqsəd şagirdlər üçün təhlükəsiz və keyfiyyətli təhsil mühitinin təmin olunması, müəllimlərin fəaliyyətinin dəstəklənməsi və ümumilikdə təhsil sahəsində davamlı inkişafın təmin edilməsidir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar