Xəbər lenti

YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə Xəzər Dəniz Neft Donanması ərazi partiya təşkilatında görüş keçirilib Fotolar

Tarix: 16-10-2025 17:55     Baxış: 777

16 oktyabr 2025-ci il tarixində Əbilov küçəsi 25 ünvanında yerləşən Xəzər Dəniz Neft Donanması ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilmişdir. 

Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev “Konstitusiya və Suverenlik İli”nin ölkəmiz üçün əhəmiyyəti barədə danışmışdır. Natiq 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini Azərbaycanın hüquqi dövlət quruculuğunda və milli suverenliyinin möhkəmləndirilməsində mühüm mərhələ kimi xarakterizə etmişdir. O vurğulamışdır ki,  müasir dövrdə qanunların aliliyinin təmin olunmasının və vətəndaşların hüquqlarının qorunmasının dövlət üçün prioritet məsələlərdəb biridir. 

Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanov çıxışında donanmanın fəaliyyət sahələri və ölkə iqtisadiyyatında rolu barədə geniş məlumat vermişdir. O, suverenliyin qorunmasında donanmanın əhəmiyyətini xüsusi vurğulamış və gənc əməkdaşları vətəndaşlıq mövqelərini möhkəmləndirməyə çağırmışdır. T.Qurbanov  həmçinin vurğulamışdır ki, konstitusiya hüquqları və vətəndaş məsuliyyəti hər bir şəxsin gündəlik həyatında əsas prinsiplərdən biri olmalıdır.

Ərazi partiya təşkilatının sədri Arzu Mehdiyev çıxışında  təşkilatın fəaliyyəti, sənədlərlə iş sahəsində görülən işlər və digər təşkilati məsələlər barədə geniş və ətraflı məlumat təqdim etmişdir. O qeyd etmişdir ki, Xəzər Dəniz Neft Donanmasında ərazi partiya təşkilatı ölkədə siyasi sabitliyin qorunmasına və vətəndaşların sosial məsələlərdə maarifləndirilməsinə xüsusi diqqət yetirir. 

Sonda partiyaya yeni üzv olmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilmişdir.  YAP sıralarına yeni qoşulan üzvlər partiyanın məqsəd və prinsiplərinə sadiq qalacaqlarına dair əminliklərini ifadə etmişlər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar