Xəbər lenti

Hacıqabulda Polis “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirib Fotolar

Tarix: 15-10-2025 15:53     Baxış: 448

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Tava kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən bəhs edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirləri keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən şöbə rəisi, gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıb. 

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar