Xəbər lenti

DİN beynəlxalq sərgidə iştirak edir Video

Tarix: 15-10-2025 14:03     Baxış: 301

Daxili İşlər Nazirliyi beynəlxalq sərgi təşkilatçısı “Caspian Event Organisers” şirkətinin “13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road and Traffic” sərgisində iştirak edir.

Mubarizciler.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bakı Expo Mərkəzində keçirilən sərgidə DİN-in xüsusi pavilyonunda Bakıda ilk dəfə sınaq tətbiqinə başlanılan və nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “Ağıllı svetoforlar” (adaptiv svetoforlar) pilot layihəsi nümayiş etdirilir.

Stenddə paytaxtın 152 kəsişməsində Mərkəz tərəfindən idarə olunan svetofor kontrollerinin proqram təminatı, svetoforların vaxt planlarının hazırlanması və tətbiqi, simulyasiya proqram təminatı, eləcə də qanunsuz parklanma kameralarına dair elektron qərarların tərtibi kimi dörd əsas istiqamət barədə məlumat əldə etmək mümkündür. Eyni zamanda, ziyarətçilərə 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması ilə bağlı məlumatlar verilir.

Həmçinin ziyarətçilərə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim olunan “i-Patrol” sistemi – real vaxt rejimində qayda pozuntularının aşkarlanması və məlumatların mərkəzi sistemə ötürülməsi, avtomatik nömrə tanıma və videomüşahidə sistemləri, eləcə də patrul avtomobillərində quraşdırılmış müasir texnoloji avadanlıqlar nümayiş edilir.

Yol infrastrukturunun inkişafı, yol hərəkəti təhlükəsizliyinin artırılması, rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi və müasir müşahidə-nəzarət sistemləri sahəsində təcrübə mübadiləsini təmin edən sərginin keçirildiyi üç gün ərzində “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” MMC-nin 107.7 MHz tezliyində yayımlanan “Avto FM” radiosu stendə qurulan radio imitasiyası vasitəsilə birbaşa canlı bağlantı yaradaraq məlumatları dinləyicilərin diqqətinə çatdırır.

Ziyarətçilər yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə polis əməkdaşları tərəfindən ətraflı məlumatlandırılırlar.

Təqdimatlar Azərbaycan, rus və ingilis dillərində aparılır, interaktiv nümayişlər və videomateriallar vasitəsilə ziyarətçilər sistemlərin iş prinsipi ilə yaxından tanış olurlar.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar