Xəbər lenti

İcra başçıları müalicə alan şəhid ailələrini ziyarət ediblər Fotolar

Tarix: 15-10-2025 00:22     Baxış: 644

Şəhid ailələri Naftalanda müalicə alırlar.

Naftalan şəhər və Tərtər rayon İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan sosial layihə çərçivəsində Tərtərdən bir qrup şəhid ailəsi Naftalanda fəaliyyət göstərən “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müayinə olunaraq müalicə alıb, istirahət edirlər.

Mubarizciler.az xəbər verir ki, İcra başçıları Müalicə Mərkəzində şəhid ailələrini ziyarət etmiş, onlara yaradılan şərait və müalicə prosesi ilə maraqlanıblar.

Vurğulanmışdır ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələri hər zaman dövlətin xüsusi himayəsindədir. Səmimi şəraitdə keçirilən söhbət zamanı Şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, sosial layihəyə 2022-ci ilin iyul ayında start verilib. Ötən dövr ərzində Naftalan Şəhər İcra Hakimiyyətinin Yevlax, Abşeron, Nizami və Tərtər Rayon İcra Hakimiyyətlərinin birgə reallaşan layihələri çərçivəsində şəhid ailələri və qazilər şəhərimizdə fəaliyyət göstərən Müalicə Mərkəzlərində müayinə və müalicə alıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar