Xəbər lenti

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi Fotolar

Tarix: 14-10-2025 19:16     Baxış: 1 064

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Başçı yanında Şuranın növbəti iclası keçirildi. İclasda rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər. 

Mubarizciler.az xəbər verir ki, şurada, “Cari ilin 9 ayı ərzində Goranboy rayonunun sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrində görülmüş işlər və qış mövsümünə hazırlığın vəziyyəti barədə” məsələlər geniş müzakirə edildi. Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi. Tədbirin sonunda, həmyerlimiz, Almaniyada yaşayan iş adamı Qasımov İlham İbrahimxəlil oğluna, Qarqucaq və Şəfibəyli kəndlərində həyata keçirilən abadlıq işlərində göstərdiyi dəstəyinə görə, rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqdim edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar