Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Şeyx Ağ Evdə onlarla görüşüb bu çağırışı etdi

Tarix: 13-10-2025 12:00     Baxış: 1 372

ABŞ-də səfərdə olan Şeyxülislam Allahşükür Paşazadə Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-prezident Aparatının Strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər, o cümlədən, avqustun 8-i ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh protokolundan sonra Cənubi Qafqaz regionu üçün yaranmış yeni fürsətlər, Azərbaycanın nümunəvi məzhəblərarası və dinlərarası təcrübəsinin beynəlxalqmiqyaslı önəmi, həmçinin Azərbaycan-ABŞ dinlərarası əməkdaşlıq münasibətlərinin inkişafı və davamlı sülhün qurulmasında multikultural dəyərlərin rolu kimi mövzular müzakirə olunub.

Şeyxülislam ABŞ tərəfini Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb. Belə bir siyahıda Azərbaycanın adının yer almasının ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də uyğun olmadığını bildirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar