Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Şabranda polis məktəblilərlə görüşüb Fotolar

Tarix: 13-10-2025 10:52     Baxış: 1 456

Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Uzunboyad kənd tam orta məktəbində  “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Mubarizciler.az xəbər verir ki, tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki  Məhəmməd İbrahimov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin məktəblilər erkən nikahın fəsadları barədə də maarifləndiriliblər. Eləcə də, Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.


Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar