Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Naftalanda Şəhid Bəhruz Quliyevin anım günü qeyd edilib Fotolar

Tarix: 11-10-2025 12:50     Baxış: 2 352

Vətən Müharibəsində torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, ömrünü fəda edərək Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Quliyev Bəhruz Firuz oğludur. 

Mubarizciler.az xəbər verir ki, Naftalan ŞİH-nin başçısı, Naftalan ŞPŞ-nin rəisi, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhidin ailə üzvləri şəhid Bəhruz Quliyevin anım günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın qəhrəmanlığı və ordumuzun rəşadəti nəticəsində, Azərbaycanın tarixi Zəfəri təmin olundu. Qeyd olunub ki, dövlətimiz şəhidlərin əziz xatirəsini daim uca tutur, onların ailələrini hər zaman diqqət və qayğı ilə əhatə edir, sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Şəhidin valideynləri dövlətimiz tərəfindən onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, şəhid Quliyev Bəhruz (ölümündən sonra) “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar