Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Şəhid atasının təzyiq iddialarına aydınlıq gətirildi Video

Tarix: 10-10-2025 19:30     Baxış: 3 276

Sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar postda yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı videomüraciətləri yayılıb.

Mubarizciler.az ın məlumatına  görə, oktyabrın 4–də “BMW X6” markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı “102” Xidmətinə vətəndaş şikayətləri daxil olub.

Həmin şikayətlərlə əlaqədar stasionar postda avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb.

Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı videoçəkilişlər aparıb.

Onunla izahedici söhbətlər aparılmasına baxmayaraq, vətəndaş əsassız iddialarını davam etdirib.

Vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair görüntüləri təqdim edirik:





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar