Xəbər lenti

Seymur Orucov səyyar qəbulda məsul şəxslərə konkret tapşırıq və tövsiyələr verib Fotolar

Tarix: 10-10-2025 18:00     Baxış: 3 794

Ağstafanın Poylu kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa RİH başçısının müvafiq qrafikinə uyğun olaraq Poylu kəndində keçirilən səyyar qəbulda aidiyyəti təşkilatların məsul şəxsləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. RİH başçı qeyd edib ki, hər zaman xalqın milli maraqlarını rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun firavan həyatı, rifah içində yaşaması dayanır. Ulu Öndər Heydər Əliyevin siyasi xətti ilə özünün ən şərəfli tarixi dövrünü yaşayan ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə lider dövlət kimi bütün regionda inkişaf mərhələsinin yeni başlanğıcını qoydu. Qəbulda vətəndaşların səsləndirdikləri məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə konkret tapşırıq və tövsiyələr verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar