Xəbər lenti

Naftalan Polisi məktəblilərlə görüşüb Fotolar

Tarix: 10-10-2025 13:22     Baxış: 3 311

Polis Naftalanda şagirdlərlə maarifləndirmə tədbiri keçirib.

Mubarizciler.az xəbər verir ki, Naftalan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərin 1 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

 Tədbirdə çıxış edən Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Zaur Bədəlov narkotik vasitələrin insan həyatına, düşüncə qabiliyyətinə göstərdiyi mənfi təsirlərdən danışıb. O, narkomaniyaya aludə olan şəxslərin ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından, sağlamlığın bərpası prosesinin çətin olduğundan söhbət açıb. Gənclərə pis vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi keçirməyi, dərslərini yüksək qiymətlərlə oxumaları tövsiyə edilib. Daha sonra çıxış edənlər də narkotikdən asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar.


Sonda maraq doğuran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar