Xəbər lenti

Seymur Orucov Dağ Kəsəmən kəndində səyyar qəbul keçirdi Fotolar

Tarix: 09-10-2025 18:45     Baxış: 3 899

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Ağstafanın ikinci böyük yaşayış məntəqəsi olan Dağ Kəsəmən kəndində keçirib.

 Mubarızcıler.az xəbər verir ki, Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəb binasının akt zalında təşkil olunmuş vətəndaş qəbulunda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər. RİH başçısı diqqətə çatdırıb ki, möhtərəm cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə keçirilən bu cür səyyar qəbulların əsas məqsədi sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdan ibarətdir.

Aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onlardan bir hissəsi yerindəcə həll olunub, araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar