Polis Lerikdə tdbir keçirdib Fotolar
Lerik rayon Cəngəmiran kənd tam orta məktəbində narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda tədbir təşkil olunub
Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, çıxış edən Lerik Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Mustafayev, rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, gənclər və idman sektorunun müdiri Natiq İsaqov və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri bildiriblər ki, narkomaniya bütün bəşəriyyəti narahat edən və ciddi təhlükə mənbəyinə çevrilən ağrılı bir problemdir. Narkomaniya həm sağlamlığa, mənəvi və əxlaqi dəyərlərə, həm də sosial-iqtisadi inkişafa ciddi zərər vurur. Bu bəlaya qarşı mübarizə, yeniyetmə və gənclərin maarifləndirilməsi istiqamətində ümumtəhsil məktəblərində keçirilən bu cür görüşlər xüsusi əhəmiyyət daşıyır.
Çıxış edənlər erkən nikah hallarına qarşı mübarizə çərçivəsində həyata keçirilən işlər, bu neqativ halın fəsadları, həmçinin kibercinayətkarlığa və onlayn dələduzluğa məruz qalmamaq üçün görülməli olan təhlükəsizlik tədbirləri ilə bağlı məktəblilərə ətraflı məlumatlar veriblər.
Xəbəri paylaş



