Xəbər lenti
25-07-2026, 19:27
 

Zəlzələ bölgəsindəki tələbələrdən XƏBƏR VAR - YENİLƏNİB 0

Tarix: 26-02-2023 12:54     Baxış: 1 532

“Türkiyədə baş verən zəlzələdən sonra oradakı səfirlik və baş konsulluqlarımız vasitəsilə qardaş ölkədə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına başlanılıb”.

MUBARİZCİLER.AZ  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

Nazir bildirib ki, Türkiyədə dağıdıcı zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan müxtəlif istiqamətlərdə hərəkətə keçib:

“Onlardan ən əsas məqamlardan biri də Prezidentin tapşırığına əsasən xilasedicilər və həkimlərdən ibarət böyük bir qrupun zəlzələ bölgəsinə yollanmasıdır. Məhz Azərbaycanın ən böyük heyətlə qardaş ölkəyə yollanmasında əsas məqsəd maksimum şəkildə insanların xilas edilməsi idi. Yalnız Azərbaycan xilasediciləri tərəfindən 50-dən çox şəxs xilas edilib”.

XİN başçısı qeyd edib ki,, Azərbaycanın Türkiyədəki konsulluq və səfirliyinə müraciət edən bütün vətəndaşlar təxliyə edilib.

***

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələ bölgəsində qalan azərbaycanlı tələbələrdən danışıb.


MUBARİZCİLER.AZ xəbər verir ki, XİN başçısı bu barədə jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki, zəlzələ bölgəsində yaşayan azərbaycanlı tələbələr və onların ailə üzvləri ilə mütəmadi əlaqə saxlanılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar