Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Xaçmaz Polisi şagirdlərlə görüşüb Fotolar

Tarix: 08-10-2025 09:04     Baxış: 1 001

Polis Xaçmazda şagirdlərlə görüşüb, onların suallarını cavablandırdı.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbdə narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Samir Məcidov narkotikin insanın immun sisteminə və dünyagörüşünə vurduğu ağır fəsadlardan bəhs edib. Eləcə də erkən nikah mövzusuna da toxunan rəis, bu cür halın yaratdığı problemlər haqda ətraflı məlumat verib. Gənclərə bu problemlərlə üzləșməmək üçün sağlamlıqlarının qeydinə qalmaq və yüksək savada yiyələnmələri tövsiyə olunub. Həmçinin tədbirdə Polis Akademiyası haqqında da dolğun bilgilər verilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şərait şagirdlərin diqqətinə çatdırılıb.

Sonda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar