Xəbər lenti

DİN III MDB Oyunlarında sutkalıq xidmət tətbiq edib Fotolar + Video

Tarix: 07-10-2025 17:28     Baxış: 805

III MDB Oyunları zamanı idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri tədbirlər görülüb.

Mubarizciler.az xəbər verir ki, yarışların keçirildiyi şəhərlərdə nəqliyyatın hərəkəti tənzimlənib, iri tutumlu avtobusların və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün şərait yaradılıb.

Oyunların keçirildiyi məkanlarla yanaşı, istirahət obyektləri, restoranlar, otellər və qonaqların sıx toplaşdığı digər yerlərdə də təhlükəsizlik tədbirləri gücləndirilib.

Avtobus parkları və xidmət nəqliyyatı DİN əməkdaşlarının 24 saatlıq mühafizəsi altında olub.

Xidmətin səmərəli təşkili məqsədilə hər gün keçirilən təlimatlarda şəxsi heyətin vəzifə öhdəliklərinə dair tapşırıqlar verilib.

Bütün müraciətlərə operativ reaksiya verilib, idmançıların, qonaqların, azarkeşlərin və nümayəndə heyətlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılıb.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar